Fevralın 8-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.
Təhsil Nazirliyindən Teleqraf.com-a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.