22 Fevral 2021 15:55
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə cənab Prezident tərəfindən siyasi, iqtisadi hüquqi islahatlara geniş meydan açılıb. Bu gün də həmin islahatlar özünün əhəmiyyətli töhvələrini verir. İslahatlar içərisində müxalif siyasi partiyalarla daha sıx əməkdaşlıq formalaşıb. Artıq yeni siyasi konfuqurasiya yaranıb. İlk növbədə Prezidentin Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbə yaradıldı. Həmin vəzifəyə cəmiyyətdə kifayət qədər nüfuzu olan, zəngin idarəçilik təcrübəsinə malik professor Ədalət Vəliyev təyin olundu. Məhz bundan sonra siyasi dialoqların əsası qoyuldu.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onun fikrincə, ölkədə fəaliyyət göstərən partiyalarla keçirilən görüşlər dialoq mühitinə təsir göstərib:

“Bundan sonra geniş formatda - videokonfransla partiyaların iştirakı ilə bir sıra məsələlər müzakirə olunmağa başladı. Ən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda cənab Prezidentin iradəsinin ifadəsi olaraq Milli Məclisdə təmsil olunan partiyaların parlamentdə əsas məsələlərin həllində, idarə olunmasında iştirakı təmin olundu. Bu da əməkdaşlığın yeni bir formasının təzühürü idi. Söszüz ki, bu cür yanaşmalar yekunda öz müsbət nəticələrini verir. Eyni zamanda illər boyu fəaliyyət göstərən lakin hansısa səbəbdən qeydiyyata alınmayan siyasi partiyaların qeydiyyatı həyata keçirildi. Bu siyasi partiyalar rəsmi şəkildə qeydə alınaraq, öz fəaliyyətlərini aktiv şəkildə qurmaq imkanı qazandı”.

Fəzail Ağamalı bildirib ki, bu format və belə təcrübə bəlkə də dünyada az rast gəlinən bir yanaşmadır:

“Bəlkə də dünyada bu formatda siyasi partiyalarla hakimiyyətin dialoqu mövcud deyil. Hazırda ölkəmizdə siyasi partiyalarla açıq dialoq keçirilir. Ən müxtəlif mözular cəmiyyət üçün narahatlıq yaradan, aktuallığı önə çəkilən məsələlər ətrafında açıq, şəffaf heç bir siyasi partiyanın fikrinə müdaxilə etmədən dialoq və fikir mübadiləsi aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir. Siyasi islahatların və əməkdaşlığını tərkib hissəsidir. Bunun nəticəsi olaraq ötən ilin iyulunda Tovuz istiqamətində erməni təxribatının qarşısını alınması və 44 günlük Vətən müharibəsində bir neçəsi istisna olmaqla, bütün siyasi partiyalar Ordumuzla, Ali Baş Komandanla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində xalqımızın iradəsinin ifadəsi olaraq cəmiyyətdə vahid bir mövqenin hədəflənməsinə nail olundu”.

Millət vəkili indiki zaman kəsiyində siyasi dialoqun əhəmiyyətindən bəhs edib:

“Bu, yeni bir əməkdaşlıq formasıdır. Konstruktiv mövqedə dayanan, milli və dövlət maraqlarının reallaşmasının həyata keçirilməsində hər bir siyasi partiya aktiv fəaliyyət imkanlarına malikdir. Ayrı-ayrı erməni fondlarından asılı olmayan siyasi partiyalar bundan sonra da əməkdaşlıq çərçivəsində dövlətimizə və xalqımıza xidmət göstərəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər