26 Fevral 2021 18:28
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müxalifət növbəti dəfə Paşinyana qarşı həmlə edir. Bu həmlədə əsas məqsəd Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Əslində bu, hakimiyyət davasından başqa bir şey deyil. Yəni Ermənistanda hakimiyyətin bölüşdürülməsi uğrunda mübarizə 15 ildən çoxdur ki, davam edir. Hakimiyyəti bu günə qədər bölüşdürüb başa çatdıra bilmirlər. Hesab edirlər ki, Ermənistanda hakimiyyət hər şey deməkdir. O başqa məsələdir ki, erməni qan görməsə ağıllanmır. Odur ki, bu dava Paşinyan üçün qeyri-adi deyil. Ötən gün də Moskvaya zəng edərək məsləhət istəyib.

Bu fikirləri Teleqraf.com-a professor Rüstəm Məmmədov Ermənistanda baş verən hadisələri şərh edərkən deyib.

Rüstəm Məmmədov hesab edir ki, indi Rusiya Nikol Paşinyanın hakimiyyətdən devrilməsini istəməz:

“Çünki bütün sazişlər Paşinyanla imzalanıb. Ruslar da istəmir ki, sazişlərin icrasında problemlər yaransın. Əslində Paşinyanın erməni hökumətinə rəhbərlik etməsi müəyyən dərəcədə Azərbaycana da xeyirdir. Azərbaycan da bunu dəstəkləyir. Çünki Azərbaycan Paşinyanı məğlub edib. Yeni gələn qüvvə özünü fərqli mövqedə göstərə, yenidən qarşıdurma və silahlanma prosesi yarada bilər. Bu sözsüz ki, sülh prosesinə qarşı əngəl deməkdir”.

Professor xatırladır ki, Nikol Paşinyan və komandası iddialı olsa da, həm də öz gələcəklərindən ehtiyat edirlər:

“Bilirlər ki, onlarla qarşı-qarşıya gələnlər əslində qaniçənlər, terrorçulardır. Onlar da bilirlər ki, Paşinyan hakimiyyətdə qaldıqca onları və ya onların yaxınlarını hakimiyyətdən təmizləyəcək, dənləmə işi aparacaq. Ona görə də canlarından qorxaraq Paşinyanı məhv etmək istəyirlər.

Bir daha qeyd edirəm ki, ruslar Paşinyanı yerindən tərpətmək istəmir. Düzdür, Paşinyanı sevmirlər də, amma həm də onunla işləməyə çalışırlar. Mənə elə gəlir ki, Paşinyan ordunu bu işə cəlb edəcək. Mümkündür ki, Ermənistanda qırğın da olsun. Mən bunu gözləyirəm. Hələlik Paşinyan hakimiyyətini qoruyub saxlaya biləcək. Üstəlik onun cəmiyyətdə dəstəyi çoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər