11 Mart 2021 17:25
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, partiyalar cəmiyyətə təsir gücünə görə seçilir. Fəaliyyətlərini cəmiyyətlə iş müstəvisində qura bilməyənlərin siyasi proseslərdən uzaqlaşması daha yaxşı olar. Siyasi partiyaların birləşməsi də bir iradə hesabına olur.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, partiyaların fəaliyyət sferaları dəyişməlidir: “Daha aktiv rol ala bilməyən partiyaların siyasi arenada qalmasının heç bir təsiri yoxdur. Onlar nə özlərinə, nə də cəmiyyətə bir xeyir verə bilmirlər.

Partiya sədrinin fikrincə, Azərbaycanda da parlament tipli partiyalar sisteminə keçilməlidir: “Ölkədə siyasi partiyaların sayı azalmalıdır. 4-5 partiya üzərində ölkə siyasəti qurulsa, daha effektli bir müzakirə mühiti yaratmaq olar”.

Fazil Mustafa bir sıra partiyalarda format və məzmun dəyişikliyinin olacağını qeyd edib:

“Proporsional seçki sistemi yaranmalıdır. Partiya kimi fəaliyyət göstərmək imkanları xeyli aşağıdır. Proporsional seçki sistemi olduqda partiyalar daha çox kadrlaşmaya diqqət edir. Hər hansı bir şəkildə müəyyən problemlərin həlli istiqamətində də seçkilərə hazırlıq prosesinə gedir. Proqramlar təqdim edirlər və bunun mübarizəsi gedir. Amma indi proqramlar mübarizəsi gətmir. Mojaritar seçkidə hər kəs özü qazanır. Daha sonra partiya təmsilçisi kimi parlamentdə yer alır. Ona görə də partiyaları bu formatda inkişaf etdirmək olmur. Siyahı tutulur və partiya üzvləri özləri də seçkidə iştirakda maraqlı olurlar. Partiyanın loqosu, şüarları, təbliğatı güclənir. Bu olarsa, partiyaların həyatında da bir dəyişiklik olacaq. Olmazsa, mojaritar seçki sistemi ilə partiyaları dirçəltmək real görünmür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər