Türkiyə uzun bir keçmişimiz olan və dəyər verdiyimiz müttəfiqdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, Türkiyənin NATO ilə əlaqələrinin davam etməsi hamının xeyrinədir: "ABŞ və NATO Türkiyəni özündən uzaqlaşdırmaq deyil, əksinə daha yaxın olmağı planlaşdırır".
Blinken qeyd edib ki, bəzi məsələlərlə bağlı Vaşinqtonla Ankara arasında fikir müxtəlifliyi var.