2 Aprel 2021 11:07
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Şurası təbii olaraq bir güc mərkəzi kimi ortaya çıxır. Bu da Türk dünyası üçün yeni bir şanslar yaradır. Bu cür imkanların da dəyərləndirilməsi olduqca vacibdir. Çünki elə bir dövr başlayır ki, müxtəlif bölgə ölkələrinin və türk dövlətlərinin maraqlarını təmin edəcək yeni layihələr meydana çıxır.

Bu fikirləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycanın maraqları sözsüz ki, əsas götürülür:

“Ona görə də digər məsələlərin daha ciddi irəliləməsində maraqlı olmalıyıq. Bu yolun açılması üçün da əsas prinsiplərdən çıxış edilməlidir. Dövlət rəhbəri də Türk Şurasının Zirvə toplantısında vurğuladı ki, Azərbaycan bu məsələdə yalnız bəyanatın bəndlərinə uyğun davranmır. Həm də yeni situasiyaya uyğun olaraq bu məsələni gerçəkləşdirmək istəyir. Əslində Azərbaycan Prezidenti hamının marağını diqqət mərkəzinə gətirib”

Fazil Mustafanın fikrincə, burada tək bir dövlətin maraqlarından söhbət getmir:

“Ümumulikdə Türk Şurasının maraqları önə çəkilir. Əsas şərt də odur ki, proses uğurla yekunlaşsın. Türk dövlətləri də bu məsələlərdə daha çox maraqlı olmalıdır. Çünki türk dövlətləri bu məsələdə geniş iştirakda maraqlı olmasa, proses elə də uğurlu olmayacaq”.

Partiya sədri bildirib ki, cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərə gələcəyini xüsusilə vurğulaması əslində türk dövlətlərinin bu məsələyə diqqətinin daha çox önə çəkilməsi idi:

“Bu, Türkiyə dövlətinin Azərbaycana birbaşa qardaşlıq dəstəyi deməkdir. Türk dünyasının ümumi məsələlərdə vahid bir mövqedən çıxış imkanları ortaya qoyulur. Digər məsələlərdə isə bütövlükdə dünyaya açıq bir mesaj verildi. Qarabağ münaqişəsi adlı bir problem yoxdur. Bu,siyasi bir bəyanat idi. Ona görə də cənab R.T.Ərdoğanın belə bir bəyanatla çıxış etməsi əslində hamı üçün anlamlı bir mesaj idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər