“NATO dövlətləri Ukraynanı müdafiə edir. Türkiyə NATO dövləti olduğu üçün Ukraynanı müdafiə etməlidir. Ukrayna ilə türklər arasında etnoqrafik əlaqələr var. Ukraynalıların mənşəyində türk qanı var. Eyni zamanda oxşar mədəniyyətimiz var. Uzun illər Osmanlı İmperiyasının tərkibində olublar. Türklərlə də qeyri-adi dərəcədə münasibətləri var. Xüsusilə, Don Kazakları millətcə türkdürlər”.
Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O, Ukraynanı Türk respublikası kimi görür:
“Ukraynalılar əslində slavyanlaşmış türklərdir”.
S. Cəlaloğlu əlavə edib ki, Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma və ya gərginləşmənin müşahidə edilməsindən asılı olmayaraq Türkiyə heç vaxt Ukraynanı əldən verməyəcək və tək buraxmayacaq:
“Ukrayna dünyada beş geostrateji yerdən biridir. Bu strateji nöqtələr Ukrayna, İran, Azərbaycan, Türkiyə və Şimali Koreyadır. Bu baxımdan hətta strateji əhəmiyyətinə görə, Türkiyə və Ukrayna təbii müttəfiqdir”.