15 Aprel 2021 15:20
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev mühüm məsələlərə toxundu. Bu məqamlar Azərbaycanın hazırkı mövqeyi, həmçinin gələcək baxışları, addımları haqqında beynəlxalq ictmiaiyyətdə aydın təsəvvürlər formalaşdırdı.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, ölkə Prezidentinin toxunduğu ən vacib məqamlardan biri Zəngəzur və İrəvanla bağlı mesajlar oldu:

“2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi üzərində Naxçıvanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin yaradılması öz ifadəsini tapıb. Təbii ki, belə bir əlaqənin yaradılması bir çox məqamlardan Azərbaycan, eləcə də region dövlətləri üçün əhəmiyyət kəsb edir. Ölkəmiz üçün bunun həm nəqliyyat, infrastruktur, həm də geoiqtisadi maraqlara cavab verməsi ilə yanaşı mühüm mənəvi əhəmiyyəti var. Bu dəmir yolu xətti Azərbaycanın tarixi torpaqları olan Zəngəzur ərazisindən keçir. Bu baxımdan cənab Prezident Zənəgəzura qayıdırıqsa, Irəvana da qayıda bilərik kimi tezislə çıxş edib. Bunun ardınca cənab Prezident vurğulayıb ki, biz bununla Ermənistana ərazi iddiaları ilə çıxış etmirik. Dövlət başçısınını burada yanaşmasının unikallığı ondan ibarət idi ki, Azərbaycanın təşəbbüsü olduğu yeni əməkdaşlıq platforması gerçəkləşərsə, o zaman Ermənistanla Azərbaycan arasında əlaqələr yarana bilər. Təbii ki, bizim tarixi torpaqlarımız İrəvanla da əlaqə saxlamaq, gedib-gəlmək imkanlarımız yaranar”.

Elşad Mirbəşiroğlu hesab edir ki, cənab Prezident konfrans iştirakçılarının əksəriyyətində mövcud olmayan bir təsəvvür yaratdı:

“Bu da ondan ibarətdir ki, Zəngəzur kimi İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. Yəni, bu torpaqlarla bağlı hansısa bir istəklərimizi irəli sürmürük. Amma ermənilərin heç vaxt dövləti olmayıb. Azərbaycan torpaqlarında məskunlaşıb, dövlət yaradıblar. Bu da sübut edir ki, erməni dövlətçilyi ümumiyyətlə yoxdur. Ermənistan dövləti ayrı-ayrı kənar dairələrin həyata keçirdiyi bir layihədir. Bu layihənin də məqsədi ondan ibarət olub ki, bir erməni siyasi inistitutu yaradılsın. Bu inistitut vasitəsi ilə regionda hər zaman qarışıqlıq yaradılsın, təxribatlar törədilsin. Terror aktları həyata keçirilsin”.

Millət vəkilinə görə, beynəlxalq konfransda cənab Prezidentin çatdırmaq istədiyi mesaj o olub ki, Ermənistan adında bir dövlət olmayıb:

“Bu dövlət Azərbaycan torpaqlarında yaranıb. Lakın buna baxmayaraq, Azərbaycana qarşı ərazı iddiaları ilə çıxış edilib. Bununla da 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər