Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2020-ci ilə dair illik məlumatı haqqında məsələ müzakirə ediləcək.
Parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirədən sonra hesabatın parlamentin plenar iclasına tövsiyə olunması nəzərdə tutulur.