26 Aprel 2021 15:50
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unudulmaz “dəmir ledi” Marqaret Tetçer ABŞ haqqında deyirdi ki, Avropanı tarix, Amerikanı isə fəlsəfə yaradıb. Çox təəssüflər olsun ki, bu dəfə Vaşinqtonda filosof müdrikliyi çatmadı. ABŞ Prezidenti Co Baydenin uydurma “erməni soyqrımı”nı tanıması belə addım oldu”.

Teleqraf.com xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Əliməmməd Nuriyev ABŞ Prezidenti Co Baydenin aprelin 24-də çıxışı zamanı “erməni soyqrımı” ifadəsini işlətməsini şərh edərkən deyib.

Onun fikrincə, Bayden özü və administrasiyası bu mifi və tarixi yalanı “soyqrımı” adlandırmaqla Amerikanın gerçək maraqlarına ziyan vurmuş olub: “Bütün dünyada saxta tarix taciri kimi tanınan ermənilərin artıq lətifələr mövzusu olan yalanlarına dair siyasi maraqlara görə həqiqət donu geydirmək ABŞ-ın özünün bəyan etdiyi təməl prinsiplərə ziddir.

Bu qərarla Bayden adminstrasiyası separatçılığı dəstəkləyir, Xocalı soyqrımını planlaşdıran və törədən erməni idelogiyasına sanki haqq qazandırmış olur. Bu cür qərəzli qərar həmçinin ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətlərinin bəyan olunan məqsədlərinə ziddir, regionumuzda sabitliyin bərqərar olunması səylərinə ziyan vurur. Ən vacibi özlərinin uydurub, inandığı yalanlar, miflərlə sağlam düşünən insanları zəhərləyən, bölgəmizdə nifaq salan, etnik təmizləmə təlimi yaradan erməni millətçi-terrorçu dairələrini yeni cinayətlərə həvəsləndirmək potensialı var. ABŞ-da tez-tez "Amerika ona görə güclüdür ki, öz səhvlərini etiraf etməyi və nəticə çıxarmağı bacarır" ifadəsini təkrarlamağı sevirlər. İrqi deqreqasiya, Vyetnam müharibəsi, Cənubi Amerika ölkələrində baş verənlər, Quantanamo və sair ilə bağlı bu cür etiraflar olub. Ümid edirik ki, tezliklə prezident Baydenin bu yanlış qərarı ilə bağlı da etiraflar olacaq və müvafiq addımlar atılacaq. Amerikalılar qədər yaxşı bilən yoxdur ki, ziyanın yarasından qayıtmaq da qazancdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər