5 May 2021 19:25
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər qəribə psixologiyaya malikdirlər. Bu psixologiya həmişə özünü başqalarından, digər millətlərdən, xüsusilə qonşu xalqlardan üstün tutmaq, özlərini malik olmadıqları irqə – “ari” irqinə aid etmək kimi xəstəhal psixoloji halətdə nümayiş etdirir. Bu etnosun nümayəndələri onlara aşılanan fikirlərin nəticəsi olaraq elə düşünürlər ki, dünyada yaranan, sivilizasiyanın adı ilə bağlı olan nə varsa hamısı onlara məxsusdur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Ermənilər arasında hələ də mövcud olan azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi barədə fikirlərini bölüşən politoloq deyib ki, bu xalqın nümayəndələri utanıb çəkinmədən ən çoxmillətli kollektivdə özlərinin liderlik, birincilik keyfiyyətlərinə malik olduqlarını sübut etməyə çalışarlar:

“Buna milli şüurun, milli xarakterin böhranlı halı deyirlər. Belə olan halda insan öz düşüncələrinə, öz hərəkətlərinə nəzarət edə bilmir. Onun hərəkətləri ağlın və əqlin nəzarətindən çıxır və beləliklə də ağlasığmaz fikirlər və əməllər ortaya çıxır. Bu gün erməni xalqı psixoz vəziyyətindədir. Onun psixi harmoniyası, psixi balansı demək olar ki, tamamilə pozulub. Məsələn, qisasçılıqdan danışırlar. Deyən gərəkdir ki, nəyin qisasını almaq istəyirsiniz? Siz Azərbaycan xalqına olmazın zülmü verib onun torpaqlarını 30 il ərzində işğal altında saxlamısınız. Başqa xalq olsaydı, məğlubiyyəti asanlıqla həzm edib, baş verənlərə görə üzr istəməsə də sakit oturardı. Bunlar tamamilə başqa ovqatdadır. Bunlar yenidən ordu yaratmaqdan, yenidən hücuma keçib o torpaqları ələ keçirməkdən bəhs edirlər. Elə müharibədən əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan “yeni torpaqlar üçün yeni müharibə” fikrini səsləndirmişdi. Yəni, bu xalqın psixologiyası, xarakteri sadəcə bir məsələyə köklənib: qonşulara pislik etmək, hər şeyin yaxşısını özünə götürmək və başqalarından seçilmək üçün hansısa yalanlar uydurmaq”.

O xatırladıb ki, davamlı olaraq tarixi faktları saxtalaşdıraraq erməni cəmiyyətində azərbaycanlılara qarşı yürüdülən nifrət və dözümsüzlüyü təşviq edən siyasət nəticəsində tarixin müxtəlif dövrlərində etnik
təmizləmə, kütləvi qırğınlar və soyqırımı cinayətləri törədilib.

Qabil Hüseynli deyib ki, bütün bunlar erməni xalqında bir xəstəlikdir və bu xəstəliyin nəticəsi olaraq bu gün erməni cəmiyyətində Azərbaycan xalqına münasibətdə nifrət cinayətləri və nifrət nitqi hökm sürür:

“Bu, təxəyyül, təfəkkür xəstəliyidir. Bütövlükdə yaşadıqları cəmiyyətin özü də xəstə cəmiyyətdir və bu xəstə cəmiyyətdə hökm sürən ictimai münasibətlər bu xəstəliyi ayrı-ayrı fərdlərə, ayrı-ayrı insanlara bir növ təlqin edir. Cəmiyyətdə ümumi bir psixoz vəziyyəti var və bu psixoz vəziyyətinin altında qəbul edilən qərarların hamısı yanlış, hamısı anti-bəşər, anti-humanist ruhlu, digər xalqlara qarşı çevrilmiş əhval-ruhiyyə və halətlərdən ibarətdir. Bir sözlə, belə görünür ki, bu etnos bölgə üçün hələ uzun müddət bəla olaraq qalacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər