19 May 2021 10:26
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

"Biz dövlət sərhədlərinin beynəlxalq hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqədar yaranmış insidentin tənzimlənməsində Rusiyanın göstərdiyi səylər barədə öz dostlarımızı məlumatlandırmışıq. İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər", - Lavrov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər