Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, ölkədə səfərdə olan Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartla görüşüb.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, görüşdənəqliyyat sahəsində cari və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub, rəqəmsal transformasiya haqqında fikir mübadiləsi aparılıb.