Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Gənclər Birliyinin sədri Bəxtiyar İslamov iclasın gündəliyinə Birliyin tərkibində komitələrin təsis olunmasının, üzvlərin müəyyən edilməsinin, eyni zamanda komitələrin fəaliyyət planlarının hazırlanmasının daxil edildiyini bildirib.
İclasda 6 üzvdən ibarət Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, Milli dəyərlər, Rayon təşkilatları və QHT-lərlə iş və Şəhid ailələri və qazilərlə iş komitələri formalaşdırılıb.
Həmçinin komitələrin fəaliyyət planları müzakirə olunaraq qəbul edilib.
İclas YAP Gənclər Birliyinin fəaliyyətinə dair cari məsələlərin müzakirəsi ilə davam etdirilib.