31 May 2021 14:15
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonuna səfəri və məhz Respublika Günündə burada mühüm obyektlərin təməlini qoyması Azərbaycanın öz əzəli torpaqlarına sahib çıxmasının bariz nümunəsidir.

İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olması ilə fəxr edir. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirdi.

İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Ötən 30 ildə yalanlarla idarə olunan işğalçı dövlət isə tarixinin ən acınacaqlı, utancverici dövrünü yaşayır. Bütün Ermənistan vətəndaşları işğal siyasətinin qurbanına çevriliblər və üzləşdikləri əzaba və rüsvayçılığa boyun əyməkdən başqa yolları qalmayıb. Xəstə erməni təfəkkürünün, özgə torpaqlarına göz dikməyin sonu başqa cür ola da bilməzdi.

Dövlət başçımızın apardığı uzaqgörən və uğurlu hərbi-iqtisadi siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə yeni inkişaf modeli qurulur ki, bu da sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Eyni zamanda, nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə bütün yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaına uyğun olaraq qurulacaq, deməli işğaldan azad edilmiş və işğala qədər aqrar rayonlar kimi tanınan rayonarımızda da sənaye inkişaf edəcəkdir. Ağdamda sənaye parkının yaradılması buna bariz nümunədir.


Müəllif: Əhliman Əmiraslanov

Oxşar xəbərlər