11 İyun 2021 14:50
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın Azərbaycana yeni təyin olunan səfiri Vendi Hinton etimadnaməsini Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

Teleqraf.com xəbər verir ki, bunu diplomat tvitterdə yazıb.

“Səmimi söhbət üçün təşəkkür edirəm”, - o vurğulayıb.

Qeyd edək ki, Vendi Hinton, həmçinin Yeni Zelandiyanın Türkiyə, İsrail və İordaniyadakı səfiridir. O, əvvəllər Polşa və Ukraynada səfir olub.

Xatırladaq ki, V.Hintondan əvvəl Yeni Zelandiyanın Türkiyə, İsrail, İordaniya və Azərbaycandakı səfiri Conatan Karr (Jonathan Curr) olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər