14 İyun 2021 17:53
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüş olduqca mühümdür. Görüş ərəfəsində bədniyyətli proqnozlar da səsləndirilir. Guya ABŞ və Türkiyə arasında münasibətlərin daha da spisləşəcəyi haqda fikirlərə rast gəlinir. Amma belə bir ehtimal yoxdur. Zənnimcə, Baydenlə Ərdoğan arasında çox açıq, prinsipial və NATO-nun məqsəd, məramlarına uyğun müzakirələr aparılacaq”.

Bu fikirləri bir azdan baş tutacaq Ərdoğan-Bayden görüşünü şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun fikrincə, müzakirələrdə indiyə qədər Bayden tərəfindən Türkiyəyə qarşı söylənilən bəzi fikirlərlə yanaşı, iki ölkə arasında münasibətlərin bu günü və gələcəyi hərtərəfli qiymətləndiriləcək:

“Güman etmirəm ki, prezident seçildikdən sonra qızğın fikirlər səsləndirən, təhdidlər dilə gətirən Bayden bu gün eyni ampulada qalaraq Ərdoğanla gərgin söhbətlər aparacaq. Müzakirələr səmimi və xoş niyyətli olacaq. Əksər məsələlərdə Ərdoğanın fikirləri keçici fikirlər kimi qəbul ediləcək. Mən bu görüşdən pozitiv nəticə gözləyirəm. Bu, NATO-nun möhkəmlənməsinə, ABŞ-Türkiyə münasibətlərinin inkişafına müsbət nəticə verəcək”.

Professor hesab edir ki, Bayden-Ərdoğan görüşündə Azərbaycanla bağlı məsələyə də toxunulacaq:

“Ehtimal edirəm ki, Qarabağ məsələsi də müzakirə olunacaq. Ümumiyyətlə Azərbaycan-Ermənistan münasibətlərinə toxunulacaq. Ərdoğanın bu məsələdə kifayət qədər obyektiv məlumat vermək, bir sıra məsələlərə obyektiv gətirmək və Azərbaycanın mövqeyinin daha mətanətlə müdafiə etmək imkanı olacaq. Çünki indiyə qədər olanlar göstərir ki, ya informasiya azlığı, ya da sadəcə tərəf tutmaq, xristian aləminin, lobbi fəaliyyətinin təsiri nəticəsində uğursuz ifadələr olub. Ərdoğanın bu ifadələrin izahını yerli-yerində verməklə Baydeni bu məsələ ətrafında düzgün məcraya yönəltmək imkanı olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər