18 İyun 2021 09:05
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda iyunun 20-də keçiriləcək seçkilərdən sonra qan tökülə bilər. Bunu erməni siysətçiləri və İrəvanda hərbi-siyasi vəziyyəti daha dərindən bilən siyasətçilər də açıq deyir. Məsələn, Levon Ter-Petrosyan kimi siyasətçi deyir ki, iyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlayacaq.

Bu fikirləri Teleqraf.com-a Ermənistanda seçkilərdən sonrakı durumun hansı istiqamətdə gedəcəyini şərh edən hərbi mütəxəssis Azad İsazadə deyib.

O xatırladıb ki, Nikol Paşinyan seçkiləri udacağını, əgər udmasa, deməli, seçkilərin düzgün keçirilmədiyi və bu səbəbdən də seçkinin nəticələrini qəbul etməyəcəyini elan edib:

“Bu, faktiki qiyama çağırışdır. Maraqlıdır ki, belə bir mövqeni Robert Köçəryan da təkrarlayıb. Deməli, Levon Ter-Petrosyan vətəndaş müharibəsində iştirak etməyəcək. O deyir ki, Paşinyan və Köçəryan bu başdan seçkilərin nəticələrini tanımır, ancaq "mən udmalıyam” prinsipindən çıxış edirlər. Bu onu göstərir ki, seçki günü və ondan sonrakı dövrdə Ermənistanda nəsə baş verə bilər. Bu nəsələr İrəvanda qan tökülməsinə qədər inkişaf edə bilər. Hər halda orada situasiya olduqca gərgindir və əsl ölüm-dirim mübarizəsi gedəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər