“Xəzər dənizi Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlıq dənizi olaraq hər zaman gündəmimizin vacib elementi olub”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.
O bildirib ki, qazaxıstanlı həmkarı ilə görüşdə 2018-ci ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Aktau şəhərində beşinci zirvə toplantısında əladə edilmiş nəticə xüsusilə qeyd olunub: “Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi, ölkələrin mövqelərinin daha da yaxınlaşdırılması, konkret sənədlərin hazırlanmasının vacibliyi qeyd edilib”.