“Deputatsansa, söyülməlisən. Hətta sərt çıxışlar edəndə belə deyirlər ki, bunları öyrədiblər. Mən 6 il yarım deputat olduğum müddətdə bir dəfə mənə deyilməyib ki, bu cür çıxış et. Ən yaxşı halda çıxışıma görə, mənə təşəkkür ediblər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.
O təklif edib ki, 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılsın, bəzi sahələrə ayrılan vəsaitin artırılması gözdən keçirilsin: “Biz çatışmazlıq olan məqamları qeyd edirik, amma bəzən birmənalı qarşılanmır. Xalq isə söyüş söyənlərə daha çox əhəmiyyət verir. Kimsə fərqli çıxış edəndə deyirlər ki, öyrədilib. Populist çıxışlar edənlər daha çox diqqət cəlb edir. Büdcə ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edirəm”.