Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi gələn həftə Azərbaycana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə diplomat tvitterdə yazıb.
O, iyulun 6-dan 9-dək Cənubi Qafqaz bölgəsində səfərdə olacaq.
“Önümüzdəki həftə Şərq Tərəfdaşlığı bölgəsi üçün İqtisadi və İnvestisiya Planını və onun qabaqcıl təşəbbüslərini təqdim etmək üçün Cənubi Qafqaza – Gürcüstan, Azərbaycan və Ermənistana səyahət etməyi səbirsizliklə gözləyirəm. İkitərəfli münasibətlərin əsas məsələlərini və COVID-19 pandemiyasına qarşı mübarizəni müzakirə edəcəyik”.