“Avropa Birliyinin yaxın 5 il ərzində Ermənistana 1,5 milyard avro maliyyə ayırması təsadüfi deyil, böyük hədəflərlə bağlıdır”.
Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Avropa Birliyinin Ermənistana 1,5 milyard avrodan çox maliyyə ayırmasını şərh edərkən deyib.
Onun fikrincə, bu, ilk olaraq xristian həmrəyliyidir:
“İkincisi, Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq üçün atılan addımdır. Üçüncüsü, Avropa Birliyinin növbəti ədalətsizliyidir.
Ərazisi işğala məruz qalan, bir milyona yaxın əhalisi məcburi köçkün qalan, əraziləri işğaldan azad etsək də şəhərləri dağılan biz, amma yardım alan Ermənistandır. Bu maliyyəni niyə Ermənistana ayırdıqları anlaşılmır. Başa düşdük ki, Ermənistanın qiyməti 1,5 milyard avrodur. Yəni 5 il ərzində ilə 300 milyon avro pul qarşılığında satılır. Bunu başa düşdük. Bəli, Azərbaycanın belə yardıma ehtiyacı olmasa da, bu həm haqsızlıq, həm də ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycan Parlamenti də bu barədə düşünməlidir. Avropa Birliyi ilə 5 MDB ölkəsi əməkdaşlıq edirsə, hansısa fəaliyyət proqramında varsa, bu ölkələrə münasibət də ədalətli olmalıdır”.
C.Nuriyev hesab edir ki, burada bir məqsəd də Ermənistanı Rusiyanın əlindən almaqdır:
“Ruslar çox peşman olacaqlar. Onlar erməniləri yaxşı tanımır. Əksər rus ziyalıları açıq yazırdı ki, ermənilər əvvəl-axır bizi satacaqlar. Bəli, bunun ardınca Ermənistanda mitinqlər başlayacaq. Onları Qarabağ maraqlandırmır. Rusiyanın əlində guya yeganə açar Xankəndi və Xocalıdır. Bunlar boş söhbətlərdir. Məncə, ermənilər birinci tələb edəcəklər ki, rus qoşunları ölkədən çıxsın. Onlara Xankəndi və Xocalı maraqlı deyil. Onlar Ermənistanın dövlət kimi yaşamasına çalışırlar. Bu yolla Ermənistanı Rusiyanın və İranın əlindən alacaqlar. Amma Ermənistan üçün də bu qansız ötüşməyəcək. Rusiya başa düşməlidir ki, Ermənistanı itirəcək. Ermənistana nə qədər lazımdırsa, pul verəcəklər”.