7 İyul 2021 14:12
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzərə alsaq ki, orada xeyli əli silahlı erməni qalıb, deməli, bu cür hadisələrin mümkünlüyünü proqnozlaşdırmaq çətin olmazdı. Əgər belə hadisələr gözlənilməsəydi, onda Monitorinq Mərkəzinin fəaliyyətinə də ehtiyac qalmazdı. Elə bu cür hadisələrin baş verməsi ehtimallarını nəzərə alaraq Monitorinq Mərkəzi yaradılmışdı ki, bu cür hallar həmin mərkəz tərəfindən araşdırılsın və təcili tədbirlər həyata keçirilsin.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov iyulun 6-da Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunu atəşə tutmasını şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, hadisə zamanı Azərbaycan əsgəri yaralanıb:

“Məsələ ciddi araşdırılmalıdır. Düşünürəm ki, Azərbaycan bunda təkid edəcək”.

Rasim Musabəyov bildirib ki, həmin ərazilərdə əksər ermənilər tərki-silah edilsə də, onların silahları olacaq:

“Nəzərə almaq lazımdır ki, orada yaşayan bəlkədə hər ailənin zirzəmisində bir silahı var. Təmizləmə əməliyyatı aparılsa belə, xeyli vaxt tələb edir bu.

Bəli, biz bu cür hadisələrə hazır olmalıyıq, Monitorinq Mərkəzi də hazır olmalıdır. Sözsüz ki, Azərbaycanın bu hadisələrin qarşısını almaq üçün öz imkanları var. Hansısa preventiv addımlarla qarşı tərəfi neytrallaşdırmağı nəzərdə tutaraq belə deyirəm. Düşünürəm ki, müəyyən rabitə imkanları var və orada çatdırıla bilər ki, başınıza ağırlıq, arxanıza təpik axtarmayın”.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər