Belçika parlamenti Şərqi Türküstandakı uyğur türklərinin ciddi soyqırımı riski altında olduğunu və uyğurlarla rəftarın insanlığa qarşı cinayət hesab edildiyini bildirən qətnamə layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Fəhlə Partiyası xaricində bütün siyasi partiyalar Belçika Federal Məclisinin qanun layihəsini dəstəkləyib.
Qanun layihəsinə uyğurlara qarşı soyqırımı riski və bəşəriyyətə qarşı cinayətlər barədə açıqlamalar və Belçika hökumətinin Çinə bəzi müraciətləri daxil edilib. Eyni zamanda, bura uyğurlara qarşı aqressiv rəftarlar, onların məcburi əməyə cəlb olunması, doğuşa nəzarət kimi addımların qınanılması və uyğurlara qarşı zülmün davam etdiyi müddətdə Çinə qarşı sanksiyaları genişləndirmək üçün Avropanın aidiyyəti qurumlarına müraciət etmək daxildir.