29 İyul 2021 18:27
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 30 ildə Azərbaycan-İsrail münasibətlərində bir çox nailiyyətlər əldə edilib. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətlərin tarixi mərhələsidir”.

Teleqraf.com xəbər verir ki, bunu sözügedən nümayəndəliklərin açılış mərasimində çıxış edən İsrailin turizm naziri Yoel Razvozov deyib.

“Yaxın gələcəkdə İsraildə Azərbaycanın səfirliyinin də açılacağına ümid edirik. Fürsətdən istifadə edib bu vacib qərarı verdiyi və əlaqələrimizi möhkəmləndirdiyinə görə Prezident Əliyevə təşəkkür edirəm. Həmçinin iki ölkə arasındakı münasibətlərin qurulmasındakı roluna görə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova da minnətdarlığımı bildirirəm. O, İsraillə bağlı siyasətdə ilk günlərdən var və biz həmişə onun dürüstlüyündən, dostluğundan zövq almışıq. O həmçinin Yəhudi icmasına da çox kömək edib. Mən həmçinin maliyyə nazirimiz Aviqdor Libermana da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafı üçün göstərdiyi əhəmiyyətli səylərə görə təşəkkür edirəm", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər