Sentyabrın 10-da hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, toplantıda bütün rayon təşkilatlarına sədrlər seçiləcək.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılacağını bildirmişdi.