13 Sentyabr 2021 15:40
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər Nazirliyi Hayber-Paxtunhva vilayətində baş vermiş daşqın nəticəsində 20 nəfərin ölümü ilə bağlı Pakistana başsağlığı verib.

Teleqraf.com-un xəbərinə görə, başsağlığı mətni nazirliyin tviter səhifəsində paylaşılıb.

“Pakistanın Hayber-Paxtunhva vilayətində baş vermiş daşqın nəticəsində 20 nəfərin ölümü ilə bağlı xəbər bizi kədərləndirdi. Musson yağışları və sel nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı diləyir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq” - başsağlığında qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər