16 Sentyabr 2021 19:14
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər Rusiyanın Samara şəhərində “Artsax müharibəsində həlak olanlara əbədi xatirə” adlı abidə ucaldıblar”.

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Razi Nurullayev məlumat verib.

Onun sözlərinə görə, Samarada yaşayan azərbaycanlıların nümayəndələri, diaspora təşkilatları etiraz ediblər:

“Samarada yaşayan həmyerlimiz Elmar Rəsulovun dediyinə görə, göndərdikləri məktuba gələn rəsmi cavab budur ki, abidəni hansısa şəxs qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur.

Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın “ekstremist”, “terrorçu” adlandırdığı adamlara abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib. Bu, Rusiyanın xoşuna gələr?

Səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir. Mən Milli Məclisin deputatı və Milli Cəbhə Partiyasının rəhbəri kimi kəskin etirazımı bildirir və Rusiya tərəfindən o yaramaz abidənin götürülməsini tələb edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər