22 Sentyabr 2021 14:48
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqillik və Ermənistan bunlar bir-birinin əksi ifadələrdir. Ermənistan sözünün qarşısında müstəqillik sözü ancaq dırnaq arasında yazıla bilər. Çünki əslində bu bir koloniyadır. Bu ölkə heç bir müstəqilliyin atributu olmayan dövlətdir. Ona görə də 30 illik dövrü Ermənistan tarixinin ən uğursuz dövrü adlandırsaq, düzgün olar. Bu dövr Ermənistanı dünyada işğalçı, vandal, soyqırımı törədən bir dövlət kimi tanıdıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, 30 il ərzində Ermənistan nəinki müstəqil olmadı, ölkədən erməni əhalisinin kütləvi köçü başladı: “Pandemiya şərtləri imkan versə, Ermənistanda əhalinin həndəsi silsilə ilə köçü baş verəcək. 30 illik tarixin Ermənistan üçün ən acınacaqlı dövrü 44 günlük müharibədə yaşadığı kapitulyasiya ilə bağlı oldu. Məhz bu dövrdə Ermənistan müharibədə acınacaqlı şəkildə məğlub oldu, ağ bayraq qaldırdı, ordusu məhv edildi. Ona görə də "müstəqilliyin" 30 ildə Ermənistana verdiyi “töhvələr” məhz bunlar oldu. Dünya siyasi xəritəsində Ermənistan sadəcə olaraq formal bir yer tutur. Məzmun baxımından Ermənistan heç bir halda müstəqil dövlət sayıla bilməz”.

Millət vəkilinə görə, bu gün Ermənistanda hakimiyyətdə olan qüvvələr Sorosun adamları olsalar da, Qərblə Rusiya arasında qalıb:

“İki stulda oturmaq Ermənistan üçün böyük problemlər yaradacaq. Bu gün özünün olmayan müstəqilliyini qeyd edən Ermənistanda əhalinin sabaha inamı yoxdur. Ona görə də Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirdiyi quruculuq, bərpa işlərini erməni əhali diqqətlə izləyir. Ermənistanda olan insanlar üçün iki seçim var, ya ölkəni tərk etməli, ya da Azərbaycanın hüquqi nəzarətində normal yaşamaq hüququ əldə etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər