25 Sentyabr 2021 14:22
2 875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Narkokuryerlər yeni marşrut axtarırlar, böyük ehtimalla bunun üçün Rusiya sülhməramlılarını artıq narkotrafikə cəlb ediblər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

“İran yük maşınlarının qanunsuz olaraq Qarabağa göndərilməsi israrını müharibədən sonra Azərbaycan-İran sərhədi boyunca nəzarəti tam bərpa etməyimizdən sonra İrandan gələn narkotrafikin qarşısının kəsilməsi ilə izah etmək ən doğrusudur. Bu il narkokuryerlərin silahlı müqavimət göstərərək İrandan Azərbaycana daxil olması ilə bağlı çoxsaylı cəhdlərinin olduğunu hamımız xatırlayırıq.

Narkokuryerlər yeni marşrutlar axtarırlar, böyük ehtimalla bunun üçün Rusiya sülhməramlılarını artıq narkotrafikə cəlb ediblər”, - ekspert vurğulayıb.

Yeganə Hacıyeva qeyd edib ki, Əfqanıstanda müharibə illərində narkotikləri SSRİ-yə məhz rus hərbiçiləri daşıyıblar:

“İndi də bu marşurut üzrə narkotrafiki Mərkəzi Asiyadakı Rusiya hərbi qulluqçuları həyata keçirir. Bu qanunsuz daşınmaların qarşısını ancaq Laçın dəhlizində Azərbaycanın sərhəd və gömrük xidmətlərinin nəzarətini təmin etməklə almaq olar. Laçın dəhlizinə nəzarət vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər