28 Sentyabr 2021 12:57
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Qeyd edək ki, sabahkı iclas komissiyanın sayca səkkizinci toplantısı olacaq. Hər iki ölkənin baş nazirlərinin həmsədr olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci il dekabrın 20-də Tbilisidə baş tutub./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər