6 Oktyabr 2021 00:27
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkə üzvlərin müdafiə nazirləri Brüsseldə 21-22 oktyabr tarixlərində toplanacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşlər NATO-nun Baş katibi Yens Stoltenberqin rəhbərliyi altında keçiriləcək.

Alyansın mətbuat xidməti görüşün proqramının daha sonra açıqlanacağını əlavə edib.


Müəllif: Teleqraf.com