15 Oktyabr 2021 12:37
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarşıdan büdcə müzakirələri gəlir. Hesab edirəm ki, biz səhiyyə xərclərini artırmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev parlamentdə “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O əlavə edib ki, bu gün Azərbaycan səhiyyəsinin üzərinə çox böyük iş düşür: “Fikrimcə, tibbi sığortadan heç zaman vaz keçməməliyik”.

Deputat Rəşad Mahmudov da çıxışı zamanı Musa Quliyevin fikirlərini dəstəkləyib.


Müəllif: Nemət