27 Oktyabr 2021 19:45
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, hazırda bölgədəki durumu necə xarakterizə etmək olar?

- Faktiki olaraq bir müharibənin baş verməsi və onun sonunda əldə edilən anlaşma növbəti addımların hüquqi çərçivəsini ortaya qoyur. Belə olan təqdirdə bizim şübhəsiz ki, işğal edilmiş ərazilərimizə yanaşmamız Azərbaycan Konstitusiyası çərçivəsindədir. Uzun illər ərzində də biz qətiyyən bundan kənara çıxmadıq. Məhz qələbəmizin təməlində dayanan səbəblər bu oldu. Qarabağ ərazisində, bu gün hansısa bölgələrdə etnik ermənilərin yaşaması qəti bir şəkildə Azərbaycanı həmin əraziyə işğal nöqteyi nəzərini münasibətini, hüquqi rəyini doğurmur. Ölkə rəhbəri “Dağlıq Qarabağ” ifadəsindən imtinanı belə bir siyasi, inzibati, ərazi vahidinin olmadığını deyərkən, yaxud da ki, onun hər hansı subyektə çevirmək istəyən dairələrə mesajını göndərəndə də məhz bu amilləri nəzərdə tuturdu. Başqa bir tərəfdən ötən illər ərzində separatizmin müxtəlif növləri ilə qarşılaşdığımızı bəyan edirdik burada yalnız hərbi əməliyyatlar, silahlı qüvvələr, terrorçu birləşmələr yer almır. Yəni, keçmişdə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaralarda hansısa bir razılaşmalarda və sənədlərdə terrorizmin, separatizmin müxtəlif növləri yer alır. Onun maliyyə mənbələrinin dayandırılması, iqtisadi rıçaqlarının məhv edilməsi kimi amillər nəzərdə tutulur. Gorus-Qafan yoluna nəzarət edən Azərbaycan dövlət strukturlarının indiki halda İrana, gələcəkdə hər hansı bir dövlətin nəqliyyat vasitələrinin Qarabağa gəlişinə haqlı olaraq beynəlxalq hüquqa dayanan mövqeyidir. Biz deyirik ki, bu faktiki olaraq Qarabağa, Azərbaycana kənardan əl uzatmaqdır. Bu an millər orada uzun illər ərzində ölkəmizdən kənar düşmüş beləliklə özlərini məhv etmiş, zərbə vurmuş, amma yenə də hansısa bir bayraq, siyasi simvolikalar altında guya birləşdiyini elan edən qüvvələrin lokal bir vəziyyətdə separatçı mövqedə qalmasına təkan verir.

- 44 günlük müharibədən sonra bölgədə yeni reallıq yarandı. Azərbaycanın bundan sonrakı planları hansı istiqamətləri əhatə edir?

- Azərbaycan dövləti faktiki olaraq bundan sonrakı gələcəyə yalnız süngülərin, hərbin gözü ilə baxmır. Kəlbəcərdən, Zəngilana qədər ən mühüm strateji zirvələrdə möhkəmlənən Azərbaycan oğulları, qəhrəman əsgər və zabitlərimiz diplomatik mövqeyimizi gücləndirən ən böyük qüvvədir. Bəlkə də, illər ərzində leksikonumuzda oturuşmamış bir ifadə, hərbi diplomatiya meydana çıxıb. Bu onun sübutu oldu ki, silahlı qüvvələr dövlətimizin siyasi mövqeyini, diplomatik imkanlarını, gücünü misilsiz bir formada artırdı. Bu, Qarabağ danışıqları qurmaq istəyən qüvvələrin qarşısını kəsən ən mühüm amildir. Onlar bunu dərk edirlər ki, ordu danışanda bir çox dövlətlərin diplomatları, o cümlədən Ermənistanın siyasi hakimiyyət nümayəndələri və ordusu susmalı olur. Sözsüz ki, bundan sonrakı dövrlər Azərbaycanın bəlli bir planı, strategiyası mövcuddur. Ölkə rəhbəri bunun dəqiq açıqlamalarını, mesajarını verib.

- Qarabağda yaşayan erməni əsilli vətəndaşların gələcək taleyi ilə bağlı müxtəlif yanaşmalar var. Sizcə proses necə gedəcək?

- Qarabağda yaşayan ermənilərə Azərbaycan dövləti öz vətəndaşları kimi yanaşır. Lakin buna qədərki mərhələdə bir neçə vacib addımlar atılmalıdır. İlk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, uzun 10 illər davam edəni iddiaların üstündən xətt çəkəcək. Münasibətlərə müəyyən qədər hüququ bir xarakter verəcək. Müharibədə məğlub olan bir sıra qüvvələr Paşinyana sülh müqaviləsini imzalayacağı təqdirdə ona İsaq Rabinin taleyini yaşatmaq, yaxud da ki, müxtəlif qətliamlar törədərək öz ölkələrində qeyri-müəyyən hadisələrə yol açmaq niyyətindədirlər. Bunlar da aşkar görünür. Son zamanlar İrəvan küçələrində fərdi və ya qrup halında etirazlar müşahidə edilir. Xüsusi ilə də Rusiya dövlət rəhbəri əleyhinə məlum aksiya sübut edir ki, bunun arxasında dayanan dairələr erməni xalqının mütləq əksəriyyətinin bu 30 il ərzindəki fəlakətinin fərqindədirlər. Onlar kütləvi olaraq Razdan meydanına 88-89-cu illərdəki kimi çıxmayacaqlar. Amma axı bu günləri dövlət rəhbərlərinin hakimiyyətinin taleyini heç də yüz minlərlə meydanlara yığılan kütlə həll etmir. Bəzən də sadəcə bir güllə və yaxud da ki, başqa xarakterli lokal ictimai təzyiq qruplarının əli ilə istədiklərinə nail olurlar.

- Bəs re-inteqrasiya prosesinin hüquqi konseptual həllini nədə görürsünüz?

- Konkret olaraq Azərbaycanın suverenlik cədvəli var. Dövlətin məsələyə proqram və yaxud konseptual bir baxışı mövcuddur. İlk növbədə nəzərə almaq lazımdır ki, Qarabağ erməniləri bu illər ərzində Azərbaycanın hüquqi, ictimai, sosial-iqtisadi məkanından uzaq düşüb. Onların bu mənada qayıdışının təmin olunması bir tərəfdən Ermənistanın arzularından asılıdır. Ardınca isə iqtisadi, maliyyə separatizminin bütün kanalları kəsilməlidir. Yəni, Ermənistanın Qarabağa hər hansı qaz xəttinin çəkilməsi mütləq dayandırılmalıdır. Bundan sonra mütləq olaraq separatizmə qoyulan “investisiyalar” növundən, çeşindindən, yardım göstərən dairələrin siyasi kimliyindən asılı olmayaraq bunlar sıfırlanmalıdır. Eyni zamanda bundan sonrakı dönəmdə Azərbaycanın iradəsindən kənarda olan bütün səfərlərə son qoyulmadır. Qanunsuz silahlı birləşmələr birmənalı olaraq buradan çıxarılmalıdır. Bundan sonrakı dövr post-konfilikt adını alacaq bir bir proses olacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı həmin razılaşma üzərində dayanaraq azərbaycanlı, erməni, orada müyyən sayda olmuş ukraynalı, rusiyalı və etnik qrupların təmsilçilərinin geri dönüşünü təşkil etməlidir. Burada söhbət yalnız ermənilər üçün hansısa bir yaşam formalaşdırmaqdan getmir.

Qarabağda ermənilər üçün hansısa xüsusi bir muxtariyyət və başqa xarakterli müstəsna siyasi imtiyazlar verilməyəcək. Bu, Azərbaycan konstitusiyası tərəfindən qadağan olunur. Digər tərəfdən öz-özlüyündə bu, ölkəmizin unitar vahidliyinə qarşı da bir mövqe sayıla bilər. Amma burada bir sıra amillər var. Bu amillər də göz önündə olmalıdır. Erməni dərsliklərində, kitablarında, onun tədris sistemində, sosial-iqtisadi şəraitində ölkəmiz, azərbaycanlılar, türk dünyası əleyhinə bir “ideologiya” var. Bu bir qədər zaman alacaq məsələdir. Məsələn torpaq islahatları aparılıb. Təbii ki, bunlar Azərbaycan Konstitusiyasına qəsd olan hadisələrdir. Bunların hamısının ləğvi bundan sonrakı dönəmdə yeni qərarların verilməsi Qarabağda yerli icra hakimiyyəti orqanlarının bərqərar edilməsi bundan sonra iqtisadi-sosial tədbirlər uzlaşan addımlar mahiyyət etibarı ilə bu uzun on illər qanayan yaraya çevrilmiş məkanın hamımız üçün sabitlik, dinclik, anlaşma ünvanına çevrilməsini mümkün edəcək.

- Qarabağda yaşayan ermənilər artıq yeni reallığı qəbul ediblərmi?

- Azərbaycanın Şuşada həyata keçirdiyi böyük tədbirlər onu sübüt edir. Xankəndindən yuxarıya - Şuşaya baxan ermənilər fərqindilər ki, bütün bu işlər onların xəyallarının üzərindədədir. Yəni, sadə dillə desək, öz-özlüyündə onlar bunun heç birini Ermənistanın təkrarlamağa qadir olmadığını bilir. Çünki onların bunları təkrarlamağa milyardları yoxdur. İndi biz 7 rayonun yer üzərindən silinməsindən danışırıq. Kim düşünə bilər ki, indi Xankəndi daha yaxşı vəziyyətdədir və yaxud da ki, Xocavənd və Xocalı doğrudan da yaşayış üçün üstün şərtlərə malikdir? Torpağımızın hər bir daşı, qumu, çınqılı, bataqlığı bizim üçün laləzarlıqdır. Amma bununla bərabər ermənilər ötən on illər ərzində bütövlükdə dağıdıcılığa güclərini sərf edərkən fərqində olmayıblar ki, özləri üçün də salamat bir yuva saxlasınlar. Belə olan təqdirdə Azərbaycan bu strateji hədəfə getmək yolunda həm regional güc mərkəzləri, dövlətlərlə ilk növbədə qardaş Türkiyə o cümlədən Rusiya ilə eləcə də prosesə töhvə vermək istəyən Avropa Birliyi dairələri ilə düzgün bir xarici siyasət hədəfləri müəyyənləşib. Addım-addım ona doğru da gedilir. Azərbaycana qarşı cinayətlər törədən, xalqımıza qəsb edən Xocalı və digər vandalizm aktlarında rol alan ermənilərin hər hansı bir şəraitdə məsuliyyətdən kənarda qalması qeyri-mümkündür. Bu faktiki olaraq qanunlarımızın tələbidir.

- Sizcə regiondakı prosesləri arzulanan nəticəni əldə etmək üçün yetərli saymaq olarmı?

- Gələcək dönəmdə əsas gündəliyi, şərtləri Azərbaycan müəyyənləşdirir. Bizim iradəmizdən kənarda proseslər cərəyan edəndə həmişə ikinci rolda, planda fəaliyyət aparmaq, arzu etdiyimiz səmərəni vermir. Amma görünən mənzərə odur ki, hərbi, diplomatik, iqtisadi, siyasi situasiyada Azərbaycanın dominantlığı, əsas söz sahibi olduğu görünür. İnformasiya məkanında qlobal çapda ləkələmə, şantaj, dövləti strateji hədəflərindən yayındırmaq cəhdləri var. Həta onun bu və ya digər formada enerjisini, resurslarını tükətmək, əsas məqsədlərindən geri sapdırmaq, ruhuna təsir etmək, psixoloji müharibə elementləri qaydasında dövləti vətəndaşla, ordu, şəhid ailələri ilə üz-üzə qoyulması elementləri müşahidə edilir. O cümlədən ermənilərin əli ilə proseslərin guya Haaqa məhkəməsinə çatdırılması, bu düşmənçiliyin davam etdirilməsi üçün yeni “yolların və platformaların” yaradılması istəyində olan kənar, qızışdırıcı dairələrin olduğu da ortadadır. Müasir kommunikasiya vasitələri elədir ki, bu prosesi görmək elə də çətin deyil. Bəlkə 50-100 il öncə babalarımız onlara qarşı tarixi cinayətləri törədənləri bu cür mobil rabitələr, sosial şəbəkələr media, sürətli paylaşım vasitələri olmadığından məsələnin tam mahiyyətinə vara bilməyiblər. Bu da bir zaman alıb. İndi isə baş verən hər hansı bir hadisə, lokal bir təxribat anındaca ictimailəşir, dövlətin, millətin, gündəliyində adekvat reaksiya tapır. Ona görə də bizim üçün ən önəmli məsələ milli, ərazi, siyasi, mənəvi bütövlüyümüzü hər addımda göstərməyi bacarmağımızdır. Həqiqətən də 80 faizlik bir məmləkətdən təkrar qayıdıb özünün bütövlüyünü qazanmaq dünyəvi bir hadisədir. Bu yalnız bizim region üçün önəm daşımır. Xüsusilə də separatizmə qarşı döyüşən dövlətlər üçün president formalaşdırmır. Bu gün dünyada 57-dən artıq etnik, dini və dövlətlərarası konfiliktlər mövcuddur. Bu baxımdan biz 57 münaqişənin 82 milyona qədər məcburi köçkün və qaçqın yaratdığını nəzərə alaraq artıq onların bu siyahasından çıxmışıq. Bu şərəfli bir hadisədir. Bəyan edirik dünya köçkünləri sırasında Azərbaycanın adı olmayacaq.

- “Böyük Qayıdış” siyasətimizin mahiyyətində hansı amillər dayanır?

- Bizim geri qayıdış siyasətimiz yalnız Qarabağ ərazilərinə edilmir. Bütün tarixi torpaqlara azərbaycanlılar qayıdacaqlar. Bu bir mühüm dövlət mesajıdır, dövlət kursu və proqramıdır. Eyni zamanda bütün addımlar silahla həyata keçirilsin deyə bir yanaşma da yoxdur. Ona görə də Qarabağda Ermənilərin Azərbaycan hüquqi, social-iqtisadi məkanına geri dönüşünün təmin edilməsi heç şübhəsiz ki, Azərbaycan dövlətinin Ermənistanla bundan sonrakı dönəmdə həll etmək istədiyi məsələlər sırasında beşinci yerdə dayanır. Bu sözsüz ki, subyektiv bir qiymətləndirmədir. Çünki bundan öncə görülməli olan vacib işlər var.


Müəllif: Tapdıq Qurbanlı