2 Noyabr 2021 21:26
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Prezident İlham Əliyevin İsmayıllı və Şamaxıya səfəri bir daha göstərdi ki, təkcə işğaldan azad edilən ərazilər deyil, digər rayonlarımız da xüsusi diqqət mərkəzindədir, burada da quruculuq işləri gedir”.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı, professor Musa Qasımlı Azərbaycan dövlət başçısı İlham Əliyevin Şamaxı və İsmayıllı rayonlarına səfəri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, növbəti belə səfər zamanı təhsil, mədəniyyətlə bağlı bir sıra obyektlərin açılışı, məscidə gedilməsi həm tarixi köklərimizə olan dərin ehtiramı göstərib, bir daha aydın olub ki, bizim millətimiz milli köklərinə dayanarkən daha güclü olur: “Təhsil bizi cəhalət və xurafatdan xilas edib, bugünkü inkişaf səviyyəsinə gətirib.

Təhsilə xüsusi diqqət yetirilməsi bir daha bunun təsdiqidir. Eyni zamanda təmirdən sonra məscidin açılışı bizim mənəvi köklərimizə və dinimizə bağlılığımızı sübut etdi. Aydın oldu ki, biz məhz imanımızın, vətənsevərliyimizin sayəsində düşmənə qalib gələrək torpaqlarımızı işğaldan azad etmişik”.


Müəllif: Nemət

Oxşar xəbərlər