Milli Məclisin deputatı Arzu Nağıyev bu gün Gürcüstana səfər edib.
Teleqraf.com xəbər verir ki, deputat Tbilisi şəhərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş tədbirlərə qatılacaq.
Tədbirlərdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü anılacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.
Deputatlar Azər Kərimli və Elnur Allahverdiyev isə Litvanın Vilnüs şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirə qatılacaq.