5 Noyabr 2021 11:46
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Millətimizi təbrik edirəm. Tarixi günlər yaşayırıq. Müharibə 44 gün davam etsə də, dövlətimiz uzun illər fəaliyyət göstərmiş, buna hazırlaşmışdı. Müharibə Azərbaycan tərəfindən ədalətli, işğal olan ərazilərin azad edilməsini hədəfləyən addım idi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Musa Qasımlı deyib.

O əlavə edib ki, düşmənin mülkü obyektləri vurması onun iç üzünü göstərdi: “Müharibədən Azərbaycandan bir nəfər də yayınmadı. Müharibə hər bir millətin taleyində ağılı-acılı olsa da, hamı sevinclə getdi, Prezident Əliyevin çağırışlarına səs verərək Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Şəhidlərin qanı yerdə qalmadı.

Müharibə günlərdində Azərbaycan Prezidentinin qətiyyətli diplomatiyası xüsusi rol oynadı. Heç şübhəsiz ki, bu qələbənin memarı İlham Əliyevdir. Bu müharibə ilə yeni millət və dövlət doğuldu”.

Qasımlı qeyd edib ki, müharibədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası ilə yanaşı uzaq hədəflərdir: “İşğaldan azad ediləndən sonra aparılan quruculuq işləri ortadadır. Məqsədlərə çatmanın təməlində sabitlik, güclü dövlət və qətiyyətli lider dayanır”.


Müəllif: Nemət

Oxşar xəbərlər