Azərbaycandakı türk hərbçilərinin 2021-ci il noyabrın 17-dən bu ölkədə qalma müddətinin daha bir il uzadılması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, ötən il Xalqlar Demokratik Partiyasından (HDP) başqa bütün partiyalar bu təklifi dəstəkləmişdi.
Azərbaycana hərbi qüvvə göndərilməsi ilə bağlı prezidentin təklifi ötən il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisində qəbul olunmuşdu.
Yeni təklif qəbul olunarsa, türk hərbçilərinin Azərbaycanda qalma müddəti 17 noyabr 2021-ci il tarixindən etibarən daha bir il uzadılacaq.