10 Noyabr 2021 17:11
7 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov uğurlu partiya karyerası naminə tərcümeyi-halının bəzi faktlarını bilərəkdən gizlədib və ya təhrif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rus yeddiliyi” tarixçilərə istinadən məlumat yayıb.

Sov.İKP-yə daxil olarkən gələcək baş katib valideynlərinin fəhlə olduğunu iddia edib. Ancaq əslində, Qorbaçov ailəsinin üzvləri kolxozda işləyirdilər, özü isə irsən kəndli idi.

Partiya isə proletariata üstünlük verirdi. Buna görə də raykomun əməkdaşları gənc oğlana anket doldurarkən bir az yalan danışmağı məsləhət görürlər. Yalanların isə nisbi olduğu ortaya çıxır: Mixail Sergeyeviçin atası kolxozda yox, sovxozda – dövlət müəssisəsində kombaynçı olub. Daha sonra Sergey Qorbaçov MTS-də (Maşın-Traktor Stansiyası) işləməyə keçib və kəndli köklərini birdəfəlik qırıb.

Mixail Qorbaçovun partiya yoldaşlarından gizlətdiyi ikinci məqam repressiyaya məruz qalan qohumlar məsələsidır. Baş katib bunu “Optimist olaraq qalıram” adlı memuarlarında etiraf edib: onun babası Panteley Qopalko mühakimə olunmayıb, lakin trotskizm şübhəsi ilə bir neçə ay həbsdə yatıb. Digər baba – Andrey Qorbaçov isə kənd təsərrüfatı işləri planını yerinə yetirməməkdə ittiham edilərək iki il müddətinə sürgünə göndərilib. Gələcək partiya liderinin anketdəki çətin suala necə cavab verməsi müəmma olaraq qalıb, lakin o, belə bir ailə tarixçəsi ilə partiya nərdivanını çətin ki qalxa biləydi.

“Kremldə mübarizə: Andropovdan Qorbaçova qədər” kitabının müəllifləri iddia edir ki, mübahisəli tarixi personanın tərcümeyi-halındakı üçüncü qaranlıq ləkə onun iş stajı ilə bağlıdır.

“...Qorbaçov anketdə qeyd edib ki, o, məktəbi bitirdikdən sonra iki il kombaynçı köməkçisi işləyib. Ancaq Mixail Qorbaçov əslində oxuduğu müddətdə işləyib”, - deyə kitabda bildirilir.

Anketdəki yalan Privolnoyenin (Privolnoye Qorbaçovun doğma kəndidir. Mixail Sergeyeviç 1931-ci ildə RSFSR-in Şimali Qafqaz diyarının Stavropol dairəsinin Medvejensk rayonunun bu kəndində doğulub-S.Həmid) Qorbaçov Şimali Qafalmanlar tərəfindən işğalı nəticəsində tədrisdə iki illik fasilə yaranması məsələsini də aradan qaldırıb. Şübhəsiz ki, əgər Qorbaçov həqiqəti yazsaydı, yeniyetmənin işğal olunmuş ərazidə nə etdiyi ilə bağlı uzun suallar yaranardı”, - deyə jurnalistlər tarixçilərə istinad edərək qeyd edirlər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər