Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında paylaşım edib.
"Türkiyənin ticarət naziri Mehmet Muşla görüşümüzdə qardaş ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrimiz və biznesin qlobal çağırışlara uyğunlaşması məsələləri barədə fikir mübadiləsi apardıq", - deyə nazir yazıb.