"Azərbaycanın Şuşa şəhəri yaxınlığında törədilən terror hücumunun təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb olunmalı, erməni terrorçusu Bakıya gətirilməlidir".
Teleqraf.com xəbər verir ki, bunu Şuşadakı mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
“Azərbaycanlı hərbçilərin və Rusiya sülhməramlılarının həyatını təhlükəyə qoyan bu terror hücumuna dair Paşinyan tərəfindən rəsmi açıqlama gözləyirik. Bu hücumun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır. Bu xəstəlik artıq yan fəsadları verir, bu kimi hücumlar gələcəkdə də baş verə bilər”, - ekspert vurğulayıb.