İran Prezident İbrahim Rəisi terrorizmlə mübarizədə Tehran və Ankaranın birgə hərəkət edə biləcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, Rəisi Türkiyə və İran arasında uzunmüddətli əməkdaşlıq müqaviləsinin imzalanacağını da deyib.
“Uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalandıqda Türkiyə ilə əlaqələrimiz çoxşaxəli əməkdaşlığa çevriləcək. İki ölkə arasında əməkdaşlıq regionda sülh və sabitliyə xidmət edəcək”, - İran başçısı vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə arasındakı regional əməkdaşlıq beynəlxalq əməkdaşlığa çevrilməlidir: “Biz Türkiyə ilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığa hazırıq. Biz bu sahədə tərəfdaşlığımızı artırmaq istəyirik”.
İki ölkə arasındakı əməkdaşlığın regionun və iki ölkə xalqlarının mənafeyinə uyğun olduğunu bildirən Rəisi söyləyib: “Türkiyə və Azərbaycanla əlaqələrimiz qonşuluq münasibətlərindən də dərin və tarixi mənalara malikdir”.