“İndi Ermənistan cəmiyyəti iki yerə bölünür. Söhbət rəsmi bölünmədən getmir. Bir hissə qorxur. Çünki 44 günlük müharibənin nəticəsində biz torpaqlarımızı azad edə bildik. Yenə eyni ssenari təkrarlana bilər deyə qorxurlar. Düşünürlər ki, hakimiyyət danışıqlara getmək istəmir, sülh müqaviləsindən qaçır. Qorxurlar ki, Azərbaycan yenə də istədiyini əldə edə biləcək. Şüaraltı belə fikirdədirlər ki, indi Azərbaycan nə istəyirsə razılaşaq. Çünki sabah Azərbaycan daha çox tələblər edə bilər”.
Bunu Teleqraf.com-a hərbi ekspert Azad İsazadə deyib.
Onun qənaətincə, erməni cəmiyyətindəki ikinci hissə insanlar isə düşünürlər ki, əksinə, indi güc göstərməli, cavab verməli və təxribatlar etməliyik ki, Azərbaycan tərəfi sakitləşsin:
“İkinci hissədən istənilən təxribat gözləmək lazımdır. Lap bir neçə gün əvvəl Daşaltıdakı postumuza əl qumbarası atan terrorçu kimi. Hesab edirəm k, böyük və kütləvi hücum olmayacaq, belə halları istisna edirəm. Amma xırda-xırda təxribat təhlükəsi hələ də qalır. Hazırda erməni cəmiyyəti bu iki fikir ətrafında bölünüb”.
Azad İsazadə qeyd edib ki, Ermənistanda bu iki fərqli düşüncənin təmsilçiləri hələlik formalaşmayıb:
“Söhbət hansısa siyasi qüvvədən getmir. Hazırda Paşinyan və onun müxalifəti var. Bunlar öz yerində qalıb. Amma cəmiyyətin içində balaca hissə radikal-fanatik dərəcədə təxribatlar törətməyi vacib sayır. Digər hissə isə o qədər aparatİk durumda və panikadadır ki, deyirlər Azərbaycan nə istəyirsə verin, təki sakitlik yaransın. sərhədləri də müəyyən edək. KomMunikasiyalar da açılsın, bəlkə biz yaxşı yaşamağa başladıq. Erməni cəmiyyəti daxilində böyük əksəriyyət bu fikirdədir. Düşünürlər ki, müqavimət göstərsək qarşı tərəf sabah İrəvanı da tələb edəcək. Yəni belə fikirlər formalaşır, amma hələlik siyasi mənaya çevrilməyib. Üstəlik siyasi partiyalar daxilində də hər iki fikrin nümayəndələri var”.