20 Noyabr 2021 20:44
2 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ bu ölkədəki vətəndaşlarına müraciət edərək, Ermənistan-Azərbaycan sərhədinə getməmələrini tövsiyə edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni hərbi ekspert Karen Vrtanesyan məlumat verib.

Ekspert qeyd edib ki, ABŞ səfirliyi bununla əlaqədar noyabrın 18-də Ermənistandakı Amerika vətəndaşlarına elektron poçtla xəbərdarlıq göndərib.

“ABŞ səfirlik əməkdaşlarına və onların ailələrinə Ermənistan-Azərbaycan sərhədləri yaxınlığındakı yollardan istifadəni qadağan edib. Məktubda bildirilib ki, ABŞ vətəndaşlar Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlər yaxınlığında ehtiyatlı davranmağa davam etməli və Qarabağ münaqişəsi zonası və təmas xəttinə yaxın səfərlərdən çəkinməlidirlər”, - Vrtanesyan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər