23 Noyabr 2021 09:20
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İş ondadır ki, Nikol Paşinyan Ermənistandakı Rusiyanın “beşinci kolonunu” zəiflədir, işdən çıxarır, tərki-silah edir. Nəzərə almaq lazımdır ki, indiyə qədər Rusiya Ermənistanı hərbçilərin vasitəsilə nəzarətində saxlayırdı. İndi Ermənistan Rusiyanın nəzarətindən çıxmaq üzrədir və Moskvada həm heç nə edə bilmir, həm də bunu qəbul etmir. Bu səbəbdən də bütün istiqamətlərdə Paşinyana təzyiq göstərir”.

Bunu Teleqraf.com-a siyasi şərhçi Cümşüd Nuriyev Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan son telefon danışığını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Putin-Paşinyan arasında baş tutan telefon danışığı da təzyiqin bir formasıdır:

“Amma mənim fikrimcə, artıq qatar gedib. Çünki ermənilər tarixən satqındır. Onlara kim çörək verirsə, birinci ona xəyanət edirlər. Son 200 ildə ermənilərin bu cür addımları müəyyən edilib. Aparılan araşdırmalar da göstərir ki, ermənilərdə bu məsələdə ciddi dəyişimlər var. Onlar mütləq Rusiyaya xəyanət edəcəklər. Ermənistana yeni ağa lazımdır və bunu da tapıblar”.

C.Nuriyev ehtimal edir ki, Ermənistana rus təzyiqi davam edəcək:

“Ermənilər son dəfə Rusiyanın təxribatı ilə sərhəd təxribatına getdilər. Azərbaycanda öz gücünü göstərdi. İndi də Moskva İrəvana deyir ki, gəlin, mən dediklərimi edin. İrəvanda da buna “baş üstə” deyirlər. Ruslar mesaj verir ki, əgər mənim dediklərimlə oturub dursanız bu kimi təhlükələr olmayacaq. Ancaq Ermnistanda da reallıqları çox yaxşı başa düşürlər. Orada kifayət qədər alim və siyasətçilər Rusiyanın Ermənistandan çıxmasını istəyir. Paşinyanda çalışır ki, onun bir ağası olsun. Odur ki, öz işini görür”.


Müəllif: Nemət

Oxşar xəbərlər