Rusiya Prezidenti Vladimir Putin cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək.
Teleqraf.com-un məlumatına görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Azərbaycanlı və erməni dostlarımızla dialoq başa çatdıqdan sonra axşam saatlarında prezident Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirmək niyyətindədir”, - Peskov bildirib.