1 Dekabr 2021 20:55
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Latviyanın paytaxtı Riqada ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin sammiti çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, bir sıra qlobal və regional məsələlər də müzakirə olunub. Tərəflər Efiopiya, Ukrayna, Suriya, Cənubi Qafqaz (Ermənistan-Azərbaycan gərginliyi) və Suriya kimi bir çox regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər