3 Dekabr 2021 12:01
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu mövzuda çıxış etmişdim. Mən deyəndə ki, bəzi rüsumlar iki dəfə artırılır, hörmətli komitə sədri bunun belə olmadığını bildirdi. Biz dediyimiz sözlərə görə məsuliyyət daşıyırıq, deputat elə-belə danışmamalıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Sabir Rüstəmxanlı qanundan konkret maddələri səsləndirməklə bildirib ki, burada artım iki qatdır: “Bunlar orta məktəb hesabı ilə 100 faizdir. 10 əgər 20 olursa, bu 100 faiz deməkdir. Hömətli komitə sədri hansı hesabla deyir ki, burada ikiqat artım yoxdur?”

Spiker Sahibə Qafarova isə deyib ki, əgər komitə sədri istəsə buna cavabı plenar iclasda da verə bilər.

Komitə sədri Tahir Mirkişili isə deyib ki, Sabir Rüstəmxanlı çıxışı zamanı "iki və daha çox artıb” ifadəsini işlədib: “Mən də belə bir şeyin olmadığını, cəmiyyətə düzgün informasiya verilməsinin lazım gəldiyini demişəm”.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər