8 Dekabr 2021 18:32
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında dekabrın 8-də baş tutmuş videogörüşdən sonra iki ölkə arasında münasibətlərdə “istiliyin” yarandığını demək hələ mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, optimizm üçün hələlik əsas yoxdur.

D.Peskovun sözlərinə görə, buna baxmayaraq, prezidentlər Avropada strateji təhlükəsizlik məsələləri ilə bağlı öz nümayəndələrini təyin edəcəkləri və bu nümayəndələrin operativ olaraq danışıqlara başlayacaqları barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər