14 Dekabr 2021 11:41
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Millətimiz üçün çətin sınaq olan 30 noyabr tarixli helikopter qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir. Birincisi, heç bir əsas olmadan xarici dövlətlərə qarşı hücum edən, hadisəni sübutsuz terror adlandırıb yanlış hədəflər göstərən qüvvələr bizə düşmənlər qazandırmaqla millətimizin təhlükəsilziyinə xidmət etmirlər. Hərbi Zəfərimiz Britaniya, Rusiya, İran və bir çox dövlətlər tərəfindən qəbul olunub, Soçi və Aşqabad görüşləri, Türkmən qazının İran vasitəsilə alınaraq dünyaya çatdırılması mühüm regional-beynəlxalq hadisələr olsa da, helikopter qəzasının səbəbləri kimi göstərilə bilməz. İkincisi, Vətən müharibəsində və ötən bir ildə, eləcə də 16 noyabr tarixli sərhəd toqquşmasında əsir düşən erməniləri Azərbaycana terror zərbələri ilə geri almaq mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z.Orduc bildirib ki, min kvadrat kilometrlərlə əraziləri qəhrəmanlıqla azad edən dövləti terror və təxribatlarla siyasi-hərbi güzəştlərə vadar edə bilməzlər:

“Vətən müharibəsindəki Qələbəmizə hücum məqsədilə “3000 şəhidin ölüm səbəbini sorğulamadınız, ona görə qəzada həlak olanların da haqlarını tələb etməyəcəksiniz” deyən əqidə sahibləri 44 günlük savaşda Ermənistanla birgə məğlub olanlardır. Bəli, düşmənçilikdən qazananlara böyük zərbə dəyib. Lakin Qələbəmizi möhkəmləndirməkdən bizi heç kəs çəkindirə bilməz”.


Müəllif: Nemət

Oxşar xəbərlər